Gəncədə yanğın hadisəsi qeydə alınıb

Gəncədə yanğın hadisəsi qeydə alınıb

Gəncədə yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Kəpəz rayonunda ümumi sahəsi 200 kv.m olan bir dam altında tikilmiş 4 ailəyə məxsus birmərtəbəli yaşayış binasında baş verib. Nəticədə, ümumi sahəsi 48 kv.m olan 3 otaqlı mənzilin hamamının və dəhlizinin tavanı 15 kv.m sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə