Gəncədə evdə yanğın baş verib. Gəncə şəhəri, N.Nərimanov prospekti, 142 saylı məhəllədə dekabrın 28-i təxminən saat 21:40 radələrində Xıdır Rzayevə məxsus evdə yanğın baş verib. Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub.
Ümumi sahəsi 90 kv.m olan evin tavanında başlayan yanğın qonşuluqdakı iki evə də keçib. Ümumilikdə 200 kv.m yaşayış sahəsinə malik ərazinin 40 kv.m-ı yanaraq külə dönüb.
Qeyd edək ki, yanğın baş verən evdə yaşayış olmayıb. Tavanın konstruksiyalarının samandan olması yanğının qısa müddətdə yayılmasına səbəb olub. Yanğın sönüdürülüb, FHN və polis əməkdaşları yanğının baş vermə səbəblərini araşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB