Sumqayıtda azyaşlı xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin eyvanına xüsusi alət və avadanlıqlardan istifadə edərək binanın damından enərək içəri daxil olublar.

Mənzildə köməksiz və kimsəsiz vəziyyətdə qalmış azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə