Dövlət Sərhəd Xidməti tərəfindən araşdırma işləri davam etdirilir

Dövlət Sərhəd Xidməti tərəfindən araşdırma işləri davam etdirilir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısını alıb. DSX-dan SİA-ya verilən məlumata görə, Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Hacı Vaqif oğlu ümumi çəkisi 11,7 kiloqram olan marixuana ilə saxlanılıb. Onunla birlikdə olan və "VAZ-21015" markalı 15-BM-895 dövlət nömrə nişanlı avtomaşınla hadisə yerindən qaçan Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1979-cu il təvəllüdlü Nağıyev Ramin Hüseynağa oğlu aparılmış axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Dövlət Sərhəd Xidməti tərəfindən araşdırma işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə