Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Zərqova yolunun 33-cü km-də qeydə alınıb. Quba sakini Faiq Seyidovun idarəetdiyi "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin 22 yaşlı Fatimə Seyidova xəsarət alıb. Yaralı Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qapalı kəllə beyin travması və baş beynin sirkələnməsi diaqnozu qoyulan xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin versiya olaraq qəza ehtiyatsızlıq səbəbindən baş verib.
Qeyd edək ki, faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB