Bərdədə yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Otuzikilər kəndi ərazisində baş verib. Yaşayış məntəqəsində sürət həddini aşan avtomobil qarşıdan gələn maşının hərəkət zolağına çıxıb. Nəticədə avtomobillər toqquşub. Qəza zamanı hər iki sürücü yaralanıb. Sürücülərdən birinin vəziyyəti ağır olduğundan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisə ilə bağlı Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb, araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB