15 saylı Cəzaçəkmə müəssisəsində narkotik vasitə aşkar olunub

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və 15 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə narkotik vasitələr aşkar olunaraq götürülüb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1962-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 66.3 və 67.5 maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babaəli Sahib oğlu Talıbovun şəxsi əşyalarına özünün iştirakı ilə baxış keçirilib. Bu zaman ona məxsus çantadakı idman paltarına aid baş örtüyündə gizlədilmiş 7 ədəd sellofan bükülüdə ümumi xalis çəkisi 3,940 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Fakt bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə