Zavodda güclü yanğın həyəcana səbəb oldu

Zavodda güclü yanğın həyəcana səbəb oldu

Bu gün Bakıda zavodda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 2000 kv.m olan istehsalat sahəsinin mebel məmulatları istehsalı sexinin yanar konstruksiyaları 600 kv.m sahədə yanıb. Yanğın nəticəsində binanın dam örtüyü deformasiyaya uğrayıb. Zavodun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə