Şirvanda avtomobil piyadanı vurub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün günorta saatlarında Şirvan şəhəri Heydər Əliyev prospektində Şirvan sakini 1987-ci il təvəllüdlü Əliyev Ramal Fürsənd oğlunun idarə etdiyi "Passat Golf" markalı 90 CR 659 dövlət qeydiyyat nişan nömrəli avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən Şirvan sakini 1967-ci il təvəllüdlü İbrahimova Taliyə Arif qızını vurub. Avtomobilin zərbəsindən ağır xəsarət alan yaralı Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılsa da dünyasını dəyişib.
Faktla bağlı Şirvan şəhər polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB