Saatlıda mənzillərdən oğruluq edən dəstə üzüvləri yaxalanılıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə Saatlı rayon polisi müxtəlif vaxtlarda mənzilləri qarət edən 2 nəfər şəxsi yaxalayıb. Araşdırmalar zamanı məlum olub ki saxlanılan şəxslərdən biri, Saatlı sakini 24 yaşlı Soltanov Sübhan öz qohumlarının mənzillərindən oğurluq edib. Dindirilmə zamanı Sübhan sentyabr ayında qohumlarının evdə olmadığını bilərək mənzilin arxa pəncərəsindən içəri daxil olub və umumi dəyəri 750 manat qızıl zinət əşyaları götürüb. Digər cinayəti isə bir başqa mənzildən oktyabr ayında törədib. Eyni qayda ilə evin pəncərəsindən icəri girərərək 242 manat dəyərində cehiz əşyaları və 1000 manat pul oğurlayıb. Sübhan əməllərini etiraf edirək cianyəti ehtiyac olduğundan törətdiyini bildirib.
Digər saxlanılan şəxs isə 23 yaşlı Elan Bayramov da, dindirmə zamanı əməllərini boynuna alıb. Beləki aprel ayında törətdiyi cinayəti evin uzun müddət sahibsiz qaldığından istifadərək həayata keçirdiyini etiraf edib. Gecə saat 3 radələrində Saatlı şəhəri Oruc rzayev küçəsi 2 saylı ünvanda yerləşən mənzilə gəlib. Evin ikinci mərtəbsəinin arxa pəncərəsindən içəri daxil olub. Mənzildən ümumi dəyəri 1500 manat olan qızılları oğurlayıb. Elan Bayramov törətdiyi əməldən heçdə peşman olmadığını bildirib. Elan bayramov əvvələr məhkum olunub. Həmin şəxslər barəsində cinayət işi açılıb istintaq aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB