Ana körpəsi ilə birlikdə həyatını itirdi

Ağdamda ana doğuş zamanı körpəsi ilə birlikdə həyatını itirib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, 37 yaşlı Bəxtiyarova Gülmirə Bəxtiyar qızı bir neçə gün əvvəl Bakıdan Ağdam rayonuna, anasıgilə gəlib. Bu gün axşam saatlarında onun vəziyyəti pisləşib. Kəskin qanaxma ilə xəstəxanaya daxil olan 37 yaşlı qadın bir neçə dəqiqədən sonra həyatını itirib. Həkimlərin səyinə baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb, o, doğuş zamanı kəskin qanaxmadan həyatını itirib.

Qeyd edək ki, iki uşaq anası olan qadının son hamiləlik dövrü 16 il bundan əvvəl olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə