Fövqəladə Hallar Nazirliyi Yasamalda çoxmərtəbəli binadakı yanğınla bağlı məlumat yayıb. FHN-dan SİA-ya verilən xəbərər görə, məlumatda deyilir: Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik kabelləri yanır. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunublar. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Bünyadzadə küçəsində hündürmərtəbəli binada yanğın hadisəsi baş verib. Hadisə şahidlərin verdiyi məlumata görə yanğın elektrik şitinin yanmasından sonra baş verib. Yanğın əsasən hündürmərtəbəli binanın 15 və 16-cı mərtəbələrini əhatə edib. Yanğın söndürülüb, hadisənin baş vermə səbəbləri araşdırılır. Yanğın zamanı xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB