Bakıda avtobus aşdı, 2 nəfər xəsarət aldı

Bakıda avtobus aşdı, 2 nəfər xəsarət aldı

Bu gün saat 12.30-da Binəqədi rayonu Azadlıq prospektində 155 saylı sərnişin avtobusu qəzaya uğrayıb. SİA-nın məlumatına görə, hadisə nəticəsində avtobus aşıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində sürücü də daxil olmaqla 2 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Sərnişinlər aşan avtobusdan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə