Suriyadan Türkiyəyə qaçaq yolla keçmək istəyən 10 nəfərlə sərhədçilər arasında qarşıdurma olub. Beləcə Suriya-Türkiyə sərhədində silahlı insident yaşanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2 motosikletlə sərhədi pozmaq istəyənlər qəfildən əsgərlərə 4 dəfə atəş açıb. Əsgərlər də bunun qarşılığı olaraq onlara cavab atəşi açıblar, nəticədə qaçaqlar geri Suriya ərazisinə adlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB