Köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Mənzildə köməksiz qalan şəxs FHN-nin əməkdaşları tərəfindən xilas edilib. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər kişi köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbədəki mənzilin eyvanına xüsusi alət və avadanlıqlardan istifadə edərək enib, içəri daxil olublar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş hərəkətsiz vəziyyətdə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə