Xəyanət bıçaqlanma ilə nəticələndi

Şirvanda bıçaqlanma hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə ötən gün saat 15:00 radələrində Şirvan şəhərinin 1 may küçəsində yerləşən ehtiyat hissələri mağazasında baş verib. Hadisəni törədən Hacıqabul rayonunun Rəncbər kənd sakini 1985-ci il təvəllüdlü Şiralıyev Təbriz Aydın oğlunun özünün dediyinə görə həmkəndlisi, əvvəllər dost olduğu 1985-ci il təvəllüdlü Xəlilov Gündüz Rəhim oğlunun ona illər öncə xəyanət etməsi hadisənin baş verməsinə səbəb olub. Ağır yaralanan Gündüz Xəlilov Şirvan şəhər xəstəxanasına çatdırılıb. Daxili orqanların zədələnməsi nəticəsində çoxlu qan itirən xəstənin üzərində bir-neçə saat ağır cərrahiyyə əməliyyatı aparılıb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta ağırdır.

Hadisəni törədən Təbriz Şiralıyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə