Dünən axşam saat təxminən 18:30 radələrində Şirvan-Salyan yolunun Çılpaqlı adlanan yaşayış massivindən keçən hissəsində naməlum avtomobil şəhər sakini, 1962-ci il təvəllüdlü Cəfərova Fazilə Sərxan qızını vuraraq hadisə yerindən qaçıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, avtomobilin ağır zərbəsindən xəsarət alan 51 yaşlı qadın Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılsa da onun hayatını xilas etmək mümkün olmayıb.
Şirvan Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb və hadisəni törədib qaçan sürücünün kimliyini müəyyənləşdirmək üçün axtarış tədbirləri həyata keçirilir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB