Lənkəranda intihar hadisəsi olub

Lənkəranda intihar hadisəsi olub

Lənkəranda intihar hadisəsi baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, dekabrın 17-də saat 11:00 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini, 1993-cü il təvəllüdlü Cavadzadə Aidə İlham qızı yaşadığı evin həyətindəki yarımçıq tikilinin tavanındakı şalbandan naməlum səbəbdən özünü asaraq intihar edib.

Faktla bağlı araşdırılma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə