Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olublar. Mənzildə köməksiz vəziyyətdə qalan zərərçəkmiş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB