Bərdə-Ağcabədi yolunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən minik maşını yol kənarı ilə gedən piyadanı vurub. Rayonun Hüseynbəyli kənd sakini, 45 yaşlı Sahib Muradovun idarə etdiyi "VAZ-21099" markalı, avtomobillə piyada - 51 yaşlı Haqverdi Ağayevi vurub. Vurduqdan sonra isə 30 metrə kimi sürükləyib. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, hadisə ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparırlar.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB