Magistral yolda hadisə qeydə alınıb

Magistral yolda hadisə qeydə alınıb

Bərdə-Ağdam magistral yolunda nəqliyyat qəza hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən "Hyundai Santa Fe" markalı avtomobil idarəetməni itirərək aşıb. Xoşbəxtlikdən sürücü yüngül xəsarətlər alıb. Avtomobilə isə ciddi ziyan dəyib. Qeyd edək ki, rayon polisi faktla bağlı araşdırma aparır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə