Şirvan şəhəri Ərəblinski küçəsində ötən gecə bir qurup gənc tonqal qalayaraq ətrafına yığışıb və içki məclisi təşkil ediblər. Keflənən gənclərdən 2 nəfəri 1991-ci il təvəllüdlü Azayev Valid Sərəstun oğluyla 1986-cı il təvəllüdlü Əliyev Rasim Nazim oğlunun arasında mübahisə yaranıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, mübahisə qızışaraq davaya səbəb olub. Bu zaman Rasim Əliyev Valid Azyevə bıçaqla xəsarət yetirib. Yaralı Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxananın cərrahiyyə şöbəsinin həkimi cərrah Namizəd Xankişiyevin verdiyi məlumata görə ötən gecə saat 22:40 radələrində xəstə Azayev Valid şöbəyə daxil olmuş və dərhal əməliyat edilmişdir. Əməliyyat zamanı xəstənin döş qəfəsinin sol nahiyyəsinin ürəyin boşluğuna işləyən kəsilmiş deşilmiş yarası, ürəyin tompanadası, sol ağ ciyərin deşib keçən yarası aşkar olunub. Xəstə əməliyyat olunub və hal hazırda reanimasiya şöbəsinə yerləşdirilib vəziyyəti kafi qiymətləndirilir. Hadisəni törədən şəxs Şirvan polis şöbəsi tərəfindən saxlanılıb faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB