1 otaqlı mənzilin bütün əşyaları yanıb

1 otaqlı mənzilin bütün əşyaları yanıb

Gəncədə 1 otaqlı mənzilin bütün əşyaları yanıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, hadisə şəhərin Adilxan Ziyadxanov küçəsində beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində baş verib.

Firuzə Vəliyevaya məxsus ümumi sahəsi 15 kv.m olan bir otaqlı mənzildə ev əşyaları tamamilə yanıb. Hadisə yerinə Kəpəz və Nizami rayonunun yanğınsöndürənləri gəlib. Yanğını söndürməyə ümumilikdə 20 dən artıq canlı qüvvə cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə