Gəncədə bir gündə iki nəfər bıçaqlandı

Gəncədə bir gündə iki nəfər bıçaqlandı

Gəncə şəhərində bir gündə iki nəfər bıçaqlanıb. SİA-nın bölgə müxbirinin Gəncə şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, ilk hadisədə 25 yaşlı Hafiz Rəhimov 5 bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib və dərhal əməliyyat olunub. 34 yaşlı İradə Məmmədova 7 bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. İlkin məlumata görə, hadisə İradə Məmmədovanın keçmiş həyat yoldaşı tərəfindən törədilib. Hər iki faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə