Goranboy rayonunda iki nəfərin ölməsi ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin saytına istinadən verilən məlumata görə, hadisə dekabrın 13-ü gecə saatlarında Goranboy rayonu Abasqulular kəndinin ərazisində qeydə alınıb.
Xocalı rayon sakini Sübhi İsmayılov idarə etdiyi "Mitsubishi-Pajero" markalı avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə şəhər sakini Ziyadxan Kərimov aldıqları xəsarətdən dünyasını dəyişiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB