Samux rayon sakinləri Mingəçevir ərazisində itkin düşüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Hacıalı kənd sakinləri olan Turan və Ayaz adlı qaynata və kürəkən dekabırın 12-də balıq tutmaq üçün Mingəçevir dəryaçasına gedib və geri qayıtmayıblar. İki gündür onlardan xəbər almayan ailə üzvləri polisə müraciət edib.
Mingəçevir və Samux rayonunun birləşdiyi Daşdıburun ərazisində hazırda Samux rayon hüquq mühafizə orqanları və Fövqalada Hallar Nazirliyinin əməkdaşları axtarışlar aparırlar. Bildirək ki, Turan və Ayazın istifadə etdiyi güman edilən qayıq tapılıb. Onların tapılması istiqamətində tədbirlər görülür.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB