Rusiyada axtarışa verilən azərbaycanlı tutulub

Rusiyada axtarışa verilən azərbaycanlı tutulub

Rusiya Federasiyası tərəfindən axtarışa verilən azərbaycanlı Bakıda həbs edilib. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 119-cu (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 319-cu (hakimiyyət nümayəndəsini təhqir etmə) maddələri ilə axtarışda olan Rəsul Baxşıyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə