Oğurluq edən Gürcüstan vətəndaşı tutuldu

Oğurluq edən Gürcüstan vətəndaşı tutuldu

Azərbaycanda oğurluqla məşğul olan daha bir Gürcüstan vətəndaşı həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə. nazirliyin Baş Cinayət-Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Sumqayıt Şəhər Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Vüqar İsayevin mənzilindən 550 manat pul və qızıl əşyalarını oğurlamış Gürcüstan vətəndaşı Mamuka Mekvabili, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Kərimov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Allahverdiyev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə