Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində "VAZ" markalı minik avtomobili su kanalına düşüb. SİA-nın məlumatına görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə