Binəqədi rayonunda köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib

Binəqədi rayonunda köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında mənzildə köməksiz vəziyyətdə qalıb. SİA-nın məlumatına hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qalxaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş mənzilin dəhlizində yıxılmış vəziyyətdə aşkar edilib. Köməksiz vəziyyətdə qalmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə