Bakıda bıçaqlanan şəxs ölüb

Dekabrın 11-i saat 23:45 radələrində Q.Quliyev küçəsində naməlum şəxs Bakı şəhər sakini Emin İmanova bıçaq xəsarəti yetirib, yaralı KTM-ə daxil olub və orada ölüb. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini İlqar Hüseynov Nəsimi RPİ Cinayət-Axtarın Şöbəsi və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutulub.

Digər bir bıçaqlanma hadisəsi noyabrın 30-u saat 22:00 radələrində S.Əliyev küçəsində qeydə alınıb. Baməlum şəxslər xuliqanlıq zəminində Əli Babayevə, oğlu Rüzgara və qohumu Nicat Babayevə bıçaqla xəsarətlər yetiriblər. Suraxanı RPİ 31-ci PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri - Eynulla Mustafayev və Arif Əliyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə