Bakıda intihara cəhd olub

Bakıda intihara cəhd olub. SİA-nın məlumtına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 13 dekabr 2013-cü il tarixində, saat 02:01-də daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə bir nəfər intihar məqsədilə özünü dənizə atıb.

Dərhal "Bakı mərkəz" sularda xilasetmə məntəqəsinin 4 nəfər xilasedicisi, 1 ədəd xilasetmə qayığı və xüsusi avadanlıqlarla hadisə yerinə çıxıb, vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil verib.

Bütün xəbərlər Facebook səhifəmizdə