Piyadaların xəsarəti və ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Nəsimi rayonunun Akademik Həsən Əliyev küçəsində dövlət qeydiyyat nişanları naməlum olan "Hyundai" markalı avtomobillə Qax rayon sakini Nərmin Allahverdiyeva vurulub.

Xəsarət almış piyada xəstəxanaya aparılıb.

Gəncə şəhərində isə naməlum avtomobillə şəhər sakini Oqtay Abbasov vurulub.

Piyada xəstəxanaya yerləşdirilib.

Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Ford Tranzit" markalı avtomobilin sürücüsü Yusif Məmmədov saxlanılıb.

Xaçmaz rayon sakini Gərəyxan Məmmədrəhimov idarə etdiyi "VAZ-21723" markalı avtomobillə Binəqədi rayonunun Mir Cəlal küçəsində yolu keçən paytaxt sakini Əzizbikə Bəbirovanı vurub.

Piyada hadisə yerində keçinib.

Rayon polis idarələri tərəfindən araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...