Masazırda yaşayış evində partlayış hadisəsi baş verib

Masazırda yaşayış evində partlayış hadisəsi baş verib

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib. SİA-nın məlumtına görə, yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb.

Partlayış zamanı evin plastik qapısı və pəncərələri qırılıb, divarlarda çatlar əmələ gəlib. Yanğın zamanı evdə 3 nəfər yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə