Sabirabadda baş verən avtomobil qəzasında 2 nəfər xəsarət alıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün axşam saat 19:30 radələrində Hacıqabul-Bəhrəmtəpə maqistral avtomabil yolunun 32-ci kilometrliyində Sabirabad rayonun Qaratəpə kəndi ərazisində "Palsüd" şirkətinə məxsus 42 AC 939 nömrəli yük maşınıyla FP 053-13 tranzit nömrəli VAZ 2107 markalı və 10 OU 923 nömrəli BMW markalı minik avtomobili toqquşub.
Zəncirvari qəza nəticəsində VAZ 2107 markalı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Saatlı rayon sakini Rzayev Rza Xudaş oğlu və qohumu 1963-cü il təvəllüdlü Rzayeva Zeynəb Qaçay qızı xəsarət alaraq Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYP-nin istintaq idarəsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB