Bakıda paltar oğrusu həbs edilib

Qaradağ RPİ 10-cu PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 5-i saat 13 radələrində Binə ticarət mərkəzində yerləşən, Sumqayıt şəhər sakini Nofəl Şükürova məxsus mağazadan geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Bahadur Xeybərov yaxalanıb. SİA-ya verilən məlumata görə, digər bir oğurluq hadisəsi isə dekabrın 8-də Ə.Məmmədəliyev küçəsində yerləşən, Hacı Əhmədova məxsus mağazada baş verib. Belə ki, danışıq kartları oğurlumaqda şübhəli bilinən Bakı şəhər sakini Nurulla Əzizov Sabunçu RPİ12-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə