Bakının mərkəzində avtomobil aşıb

Bakının mərkəzində avtomobil aşıb

"Gənclik" metrostansiyası yaxınlığındakı yol qovşağında avtomobil aşıb. SİA-nın verdiyi məlumata görə, "90 SN 704" dövlət nömrə nişanlı "Lexus" markalı avtomobil Atatürk prospektindən "Nəriman Nərimanov" metrostansiyası istiqamətində hərəkət edərkən aşıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

Qəzaya səbəb kimi sürət həddini aşma göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə