Bölgələrdə yanğın hadisələri qeydə alınıb

Göyçay rayonu, Çərəcə kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərsinə yığılmış 3 ton ot bağlamasından 1 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Digər bir yanğın hadisəsi isə Tovuz rayonunda qeydə alınıb. Belə ki, vətəndaşa məxsus həyətyanı sahəsinə yığılan 24 ton ot bağlamasının 14 tonu yanıb. Ot bağlamasınin qalan hissəsi yanğından mühafizə olunub.

İmişli rayonunda da yanğın hadisəsi qeydə alınıb. Rayonun Əliqulular kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılan 15 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə