Masallıda 6 otaqlı mənzil yandı

Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şərəfə kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib.

Nəticədə evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə