Məşhur serial aktyorları həbs olundu

Məşhur serial aktyorları Çağatay Ulusoyu, Gizem Karacanı və müğənni Cenk Ereni "narkotik təmin etmək" maddəsiylə 5 ildən 15 ilə qədər həbs cəzası gözləyir. SİA-nın verdiyi xəbərə görə, İstanbul Təhlükəsizlik Müdirliyinin Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi Beşiktaş, Şişli, Edilər və Ulus bölgəsində təşkil etdiyi əməliyyatda, Çağatay Ulusoy, Gizem Karaca ile müğənni Cenk Eren, Yusuf Hasan Akgün ve Ayşe Selin Boronkayı nəzarətə alıb. Əməliyyat zamanı külli miqdarda narkotik maddə ələ keçirilib. Prokurorluq tərəfindən edilən sorğulamanın ardından Çağatay Ulusoy, Gizem Karaca, menecer Selin Boronkay və Yusuf Hasan Akgün sərbəst buraxılıb.

İddianaməni hazırlayan prokuror Abdullah Mirzə Coşğun "Narkotik təmin etmək" maddəsiylə Çağatay Ulusoy, Gizem Karaca, Yusuf Hasan Akgün, Selin Boronkay və müğənni Cenk Erenin 5 ildən 15 ilə qədər həbslə cəzalandırılmasını tələb ediblər. İddianamədə məşhur oyunçuların yoldaşlarına narkotik verdikləri, hər hansı bir təşkilatla əlaqələri olmadıqları və bəzi məşhurların bir-birlərindən narkotik aldıqlarını qəbul etdikləri aşkar olunub.

Hazırlanan iddianaməni qəbul edən Ağır Cəza Məhkəməsi menecer Ayşe Selin Boronkay, Onur Tezer, Necati Fidan, Faruk Polat, Şennaz Çalıkoparan, Kadir Çalıkoparan və onlarla birlikdə tutulan 17 şübhəlinin həbsxanaya göndərilməsinə qərar verib.

Bu qərardan sonra Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi tərəfindən 10 adam həbs olunub. Aralarında menecer Aişə Selin Boronkayın da olduğu 7 adam isə hələ axtarışdadır.

Məşhur serial aktyorları Çağatay Ulusoy, Gizem Karaca ilə müğənni Cenk Eren, Alp Parlar, Mustafa Kabahor, Ergun Taş, Niyazi Canbazda daxil olmaqla 13 şübhəli haqqında isə xaricə çıxış qadağası qoyulub. Bu şəxslərin məhkəməyə gətirilməsinə qərar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...