Bakıda silsilə cinayətlər törədənlər tutulub

Bakıda silsilə cinayətlər törədənlər tutulub

Suraxanı RPİ 30-cu PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində avtomobil qaçırmaqda və oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Aydın Ağayev və Babək Əhmədov tutulub. Bakı şəhər BPİ-dən SİA-ya verilən məlumata görə, onlar oktyabrın 24-nə keçən gecə, Hövsan qəsəbəsi Şahsuvarov küçəsində Rahib Həsənova məxsus "VAZ-2107", Noyabrın 21-nə kecən gecə isə Ş.Ziyadov küçəsində Rafiq Əliyevə məxsus "Ford-Tranzit" markalı avtomobilləri qaçırıblar. Bundan başqa oktyabrın 29-da Hövsan qəsəbəsi E.Qasımov küçəsində Elçin Məmmədova məxsus "VAZ-21011" markalı avtomobildən şəxsiyyət vəsiqəsi, noyabrın 15-nə keçən gecə isə Hövsan qəsəbəsi 12/13-cü məhəllədə Etibar Əliyarova məxsus "VAZ-2107" markalı avtomobildən pul oğurlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə