Binəqədi RPİ Cinayət-Axtarış Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində AR Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə axtarışda olan Vidadi Əzizov tutulub. Bakı şəhər BPİ-dən SİA-ya verilən məlumata görə, digər axtarışda olan şəxs Xətai RPİ Cinayət-Axtarış Şöbəsi və 35-ci PB-nin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində AR Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Müjgan Mirzə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə