Yasamal rayonunda ağır yol qəzası baş verib

Ötən gecə Bakı şəhəri, Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, "SACMAN" markalı yük avtomobili ilə "DAEWOO" markalı minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər hadisə yerində əməliyat şəraitini qiymətləndirərkən məlum olub ki, "DAEWOO" markalı minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişini həlak olub, qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...