Korsikada jandarm kazarmalarına qarşı terror aktları törədilib

Korsikada jandarm kazarmalarına qarşı terror aktları törədilib

Korsika adasının əsas şəhərləri Ajaççioda və Bastiada yerləşən jandarm kazarmalarına qarşı terror aktları törədilib. Naməlum şəxslər dekabrın 5-də gecə radələrində hər iki kazarmanı raket atəşinə tutublar. İnsan tələfatı olmasa da, kazarmalar ciddi dağıntılara məruz qalıb.

Fransanın daxili işlər naziri Manuel Valls beş millətçi korsikalının həbsinə etiraz əlaməti olaraq törədilən terror aktlarını pisləyib və cinayətkarların tezliklə tapılaraq ədalət məhkəməsi qarşısında öz əməllərinə görə cavab verəcəklərini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə