Göygöldə avtomobil dərəyə aşıb

Bir nəfər həyatını itirib
Göygöldə avtomobil dərəyə aşıb

Göygöl rayonunda ağır yol qəza hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin xəbərinə görə Göygöldə avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, 3 nəfər isə yaralanıb. Gəncə şəhər sakini 34 yaşlı Fariz Həmzəyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan dərin dərəyə aşıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakini, 36 yaşlı Həsən Əliyev ölüb, sürücü Fariz Həmzəyev, sərnişinlər - 52 yaşlı Fizuli Əliyev və 35 yaşlı Sədi Həmzəyev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində baş verib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə