Bərdə -Yevlax yolunda ağır yol qəzası baş verib

Bərdədə yol nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə -Yevlax yolunun Divanlı kəndindən keçən ərazisində iki minik maşınının toqquşması ilə nəticəsində ağır yol qəzası baş verib. Yüksək sürətlə hərəkət edən "Nexia" markalı avtomobil dönmək istəyərkən qarşıdan gələn "VAZ 2106" markalı avtomobillə toqquşub. Nəticədə "Nexia" nın sürücüsü Asəf Quliyev hadisə yerində həyatını itirib. Digər avtomobildə olan sərnişinlər Ziya Əliyev, Şücaət Paşayev və Elnur Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralılar rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Qeyd edək ki, faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə