Bakıda avtobus mağazaya girdi, xəsarət alanlar var

Bakıda avtobus mağazaya girdi, xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda "Daewoo" markalı avtobus ilə "Qaz" markalı minik avtomobili toqquşub.

SİA-nın məlumatına əsasən, nəticədə sərnişin avtobusu yoldan çıxaraq yol kənarında olan ərzaq mağazasına çırpılaraq deformasiyaya uğrayıb, sürücüsü isə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə