Oğurluq edən şəxs tutulub

Suraxanı RPİ 33-cü PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Marif Quliyev yaxalanıb. Bakı şəhər BPİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məlum olub ki, o, sentyabrın 24-də Yeni Günəşli qəsəbəsində yerləşən, Asəf Bayramova məxsus mağazadan 70 manat, danışıq kartları və tütün məmulatı, oktyabrın 5-də Arzu Salamzadəyə məxsus aptekdən 191 manat və bankomat kartı, oktyabrın 17-də Təranə Muxtarovaya məxsus mağazadan danışıq kartları, 940 manat, 200 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bankomat kartları, noyabrın 5-də isə Rəhim Kərimova məxsus mağazadan 70 manat və danışıq kartları oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə