Ağdaş rayonunda ötən gecə yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Ərəbocağı kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus fermanın ərazisində baş verib. Nəticədə ümumi sahəsi 900 kv.m olan quyunun içərisinə yığılmış 6 ton mal yemi (silos) yanıb. Yaxınlıqdakı ot bağlaması və ferma yanğından mühafizə olunub. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB