Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasının təsərrüfat briqadasında saxlanılan 1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə həbs edilmiş məhkum Nazir Elbəyi oğlu Nəcəfovun yanına qısamüddətli görüşə gəlmiş şəxs Əfqan Əşrəf oğlu Qasımovun gətirdiyi əşyalara və üzərinə baxış keçirilərkən əynindəki dəri gödəkcənin sol yan cibindən daxilində "Sim" danışıq kartı olan 1(bir) ədəd "BlackBerry" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB